.87.
əl-Əla (Ən uca) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
www.AYSU.az
əl-Əla (Ən uca) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- (Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de!
- O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.
- O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.
- O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.
- Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi.
- (Ya Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan;
- Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!
- Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.
- (Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Quranla) öyüd-nəsihət ver!
- (Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!
- Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.
- (O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir.
- Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)
- (Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.
- O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!
- Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz!
- Halbuki axirət daha xeyirli və daha baqidir.
- Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda mövcuddur -
- İbrahimin və Musanın kitablarında!
www.AYSU.az