.102.
ət-Təkasur (Çoxluqla öyünmə) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
www.AYSU.az
ət-Təkasur (Çoxluqla öyünmə) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- (Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqrəba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,
- Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)].
- Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
- Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
- Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)!
- (Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!
- Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz!
- Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!
www.AYSU.az