.101.
əz-Qariə (Ürəkləri dəhşətə salan qiyamət) surəsi
(Məkkədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
www.AYSU.az
əz-Qariə (Ürəkləri dəhşətə salan qiyamət) surəsi
(Məkkədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- Ürəkləri dəhşətə salan qiyamət!
- Nədir qiyamət?!
- Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!
- O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq);
- Dağlar isə didilmiş yun kimi olacaqdır!
- (O gün) tərəzisi ağır gələn (yaxşı əməlləri pis əməllərdən çox olan) kimsə,
- (Cənnətdə) xoş güzəran içində olacaq!
- Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,
- Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!
- Sən nə bilirsən ki, o (Haviyə) nədir?!
- O çox qızmar bir atəşdir!
www.AYSU.az